HAQQIMIZDA:
Qabaqcıl təcrübəyə malik, fundamental biliklər daşıyan və müasir zövq bacarıqlı həm uzun illər təcrübəli, həm də yeni nəsil mütəxəssislərin toplusundan ibarət işçi heyəti ilə Energotrans MMC inşaat, mühəndislik və memarlıq işləri, elektrik, elektrik quraşdırma, texniki və inşaat ticarəti sahəsində ölkənin iqtisadiyyatına öz töhfəsini uğurla verməkdədir. Hər hansı layihənin icrasının mümkünlüyü ilə yanaşı onun optimallığı, həm də etibarlılığı müəssisənin əsas amalıdır. Fəaliyyəti boyunca 50-yə yaxın mühəndislik komplekslərinin qurulması, yaşayış və qeyri-yaşayış binaların, evlərin layihələndirilməsi, mühəndis-texniki sənədlərin hazırlanması, tikintisi, cari və əsaslı təmir işləri, daxili və fasad yenidənqurma işlərini uğurla yerinə yetirmiş; inşaat, texniki və digər materialların ticarəti sahəsində uğur qazanmış 15 illik birgə fəaliyyət təcrübəsinə malik işçi qrupu olaraq fəaliyyət göstərməkdədir.
Fəaliyyət istiqaməti
Sənaye və mülki tikililərin layihələndirilməsi və inşası, ümumi bina tikintisi, sənaye və tikinti materiallari təchizatı, mühəndislik, elektrik quraşdırma işləri, elektrik stansiyaların qurulması.
İşçi potensialı:
İnşaatçı mühəndislər, memarlar, ustalar, fəhlələr, digər texniki və mülki işçilər, mütəxəssislər.
İş təcrübəsi:
15 ildən çox memarlıq, inşaat mühəndisi, elektrik və gərginlik stansiyaları quruculuğu, sənaye və mülki qurğu və tikililəri inşa etmiş mütəxəssis qrupu.
XİDMƏTLƏRİMİZ:
Elektrik stansiyaları qurulması, sazlanması, təmiri, İnşaat, Mühəndislik layihələrinin hazırlanmasından başlayaraq işin tamlıqla – işçilik və material təchizatı daxil sonda “açar təslimi” halına qədər işin icra edilməsi və təhvil verilməsi, həmçinin tərtib edilmiş mühəndislik layihələrinə müəllif nəzarəti, interyer və fasad dizaynlarının hazırlanması kimi işlərinin həyata keçirilməsi.
Təmir zərurəti daşıyan hazır və ya köhəlmiş binaların cari və əsaslı daxili və xarici təmir işləri, təmir işlərində layihələndirmə, məsləhət xidmətləri və s. mühəndislik və memarlıq işləri üzrə bütün digər işlər.
Yenidənqurma işləri, bütövlükdə sökülmə və yenidən inşaat işləri, bərpa işləri və dəstəkverici komplekslərin qurulması xidmətləri. Müasir və qabaqcıl texnologiyalı istehsalçıların dileri olaraq davamlı və etibarlı tikinti, texniki, sənaye məhsullarının, mal-materiallarının təchizatı, daşınması və quraşdırılması.
Ünvan:
Azərbaycan, AZ1118 Bakı şəhəri, Nəsimi rayonu,
N.Yusifbəyli küç., ev 43
Zəng edin:
+994 10 367 9633











